İnterpress.az xəbər verir ki, bu haqda Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov məlumat verib.
O bildirib ki, Rusiya prezidenti Vladimir Putin Suriyadakı Rusiya hərbi dəstələrinin sayının azaldılması haqqında əmr verdikdən sonra belə qərar verilib: \”Hələlik Rusiya ordusunun bir hissəsini Suriyadan çıxaracaq. İlkin olaraq Suriyanı \”Admiral Kuznetsov” təyyarəsi, \”Böyük Pyotr” kreyseri və onları müşayiət edən gəmilər tərk edəcək. \”Admiral Kuznetsov” təyyarəsi 2 ay boyunca 252 hədəfə 420 uçuş həyata keçirib”.
General qeyd edib ki, Suriyada təyyarə daşıyan gəmilər qrupu öz vəzifələrini yerinə yetirib.
İnterpress.az