İnterpress.az-in məlumatına görə, prosesdə prokurorluğun təqdimatı təmin edilib və F.Əmirlinin barəsində həbs qərarının müddəti daha 2 ay uzadılıb.
Qeyd edək ki, F.Əmirli bu il avqustun 20-də saxlanılıb və Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
F.Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmək) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.
İnterpress.az