İnterpress.az \”Qazeta Ru\”ya istinadən xəbər verir ki, bunu Con Kerri Trampın Rusiya və Tayvan kimi beynəlxalq məsələlərlə bağlı tvitləri barədə aparıcının sualına cavabında bildirib.
“Mən beynəlxalq siyasətə dair “Twitter”-də bəyanat vermirəm. Düşünmürəm ki, 140 işarə sizə adekvat şəkildə mürəkkəb seçimlərin öhdəsindən gəlməyə imkan verir”, deyə Kerri bildirib.
Dövlət katibi ABŞ hakimiyyətinin digər ünsiyyət vasitəsi seçəcəyinə ümidvar olduğunu bildirib: “Lakin bu yeni administrasiyadan asılır”.
İnterpress.az