Xarici işlər nazirinə sarsaq dedilərbackend

Xarici işlər nazirinə sarsaq dedilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Vesti Ru\”ya istinadən xəbər verir ki, İsrailli diplomat Şai Masot Böyük Britaniyanın xarici işlər naziri Boris Consonu \”sarsaq\” adlandırıb.
Qeyd olunur ki, İsrailli diplomat bu sözləri britaniyalı məmur Mariya Strissolo ilə söhbətdə işlədib. Onların görüşü 2016-cı ilin oktyabrında London restoranlarının birində baş tutub. Söhbəti mətbuata həmin görüşdə başqa adla iştirak etmiş jurnalist çatdırıb. Masot bildirib ki, \”Boris Conson ümumən pis adam olmasa da, sözünün üstündə durmayan sarsağın biridir\”.
Masot həmçinin Boris Consonun müavini Alan Dunkanın vəzifədən getməli olduğunu qeyd edib. Dunkan Fələstin yönümlü mövqeyi ilə tanınır. İsrailin Böyük Britaniyadakı səfiri Mark Regev artıq baş verənlərə görə Alan Dunkandan üzr istəyib.

İnterpress.az