Qəbiristanlıqdan sinə daşı oğurlandı – Meyitin üstü açıq qaldıbackend

Qəbiristanlıqdan sinə daşı oğurlandı – Meyitin üstü açıq qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Yasamal rayonu, Şərifzadə küçəsi 1 ünvanında qeydə alınıb.

Hadisə barədə Yasamal Rayon Polis İdarəsinə (RPİ) müraciət edən 1993-cü il təvəllüdlü Namiq Əliyev məlumat verib. Hadisənin qeydə alındığı \”Yasamal qəbirstanlığı\” kimi tanınan əraziyə Yasamal RPİ-nin əməkdaşları baxış keçirib. Müəyyən olunub ki, N.Əliyevin mərhum qohumunun qəbirinin qırmızı qranitdən olan sinə daşı oğurlanıb. Nəticədə meyitin üstü açıq qalıb.

Bununla bağlı Yasamal RPİ-də Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. ( report.az )

İnterpress.az