İnterpress.az istipress-ə istinadən xəbər verir ki, bu barədə Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr üzrə müşaviri Mais Məmmədov açıqlama verib.
O bildirib ki, ANS-in vəzifəli və rəhbər şəxsləri barədə cinayət işi açılmayıb və onların ölkəyə giriş-çıxışına heç bir məhdudiyyət yoxdur.
Mais Məmmədov bildirib ki, prokurorluq orqanları ilə bir daha əlaqə saxlanılıb və onlar həqiqətən də ANS-in vəzifəli şəxsləri barədə cinayət işinin olmadığını təsdiqləyiblər.
M.Məmmədov bu mövzuda məlumat yayan mənbələri belə həssas məsələlərdə ehtiyatlı olmağa, hər hansı spekulyasiyaya yol verməməyə çağırıb.
İnterpress.az