İnterpress.az xəbər verir ki, xanım millət vəkili parlamentdə çıxış edərkən energetika naziri Giorgios Stafakis və iqtisadiyyat naziri Dimitris Papadimitriuya üzünü tutaraq bildirib ki, hökumət DESFA-nın özəlləşdirilməsi prosesini \”batırdı\”. \”DESFA-nın özəlləşdirilməsindən sonra SOCAR-dan əldə olunacaq vəsait 2017-ci il üçün dövlət büdcəsində əksini tapıb. Lakin hökumətin iqtisadi blokunun səriştəsizliyi səbəbindən büdcəmizə 188 mln. avro az vəsait daxil olacaq\”, – deyə o bildirib.
Deputat iqtisadiyyat nazirinin diqqətinə çatdırıb ki, bu cür hallar ölkə iqtisadiyyatına investisiya qoyuluşuna mənfi təsir edir. (apa)
İnterpress.az