21 yaşlı qız intihara cəhd etdibackend

21 yaşlı qız intihara cəhd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamal rayon sakini, 21 yaşlı Aytən Qulamova (ad-soyad şərtidir) Şıxov çimərliyində dənizə girərək özünü suda boğmağa çalışıb. Gənc qızın “Eldorado” otelinin yaxınlığında dənizə girdiyini görən şəxslər dərhal polis çağırıblar. Sahilə yığılmış şəxslərin çağırışından sonra A.Qulamova dənizdən çıxıb.

Məlum olub ki, A.Qulamova son vaxtlar burnundan 2 dəfə estetik əməliyyat keçirib. Lakin əməliyyatların nəticəsi onun ürəyincə olmayıb və gənc qız dərin stress keçirib.

Hadisə ilə bağlı araşdırma aparılır. ( lent.az )

İnterpress.az