Moskvada saxta qəhvə satan dəstə saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Moskvada tanınmış brendin adı altında saxta qəhvə satışı ilə məşğul olan dəstə üzvləri saxlanılıb.
Təqsirləndirilən şəxslər üzərində əmtəə nişanları qanunsuz yerləşdirilmiş qablaşdırmalar əldə edərək onlayn satış platformasında (marketpleysdə) elanlar yerləşdiriblər.
Onlar saxta məhsulları Moskvanın Yaroslavl şosesində yerləşən sifarişlərin təhvil məntəqəsi vasitəsilə satıblar.
Saxlanılan şəxslər barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Xuraman Etibarlı
İnterpress.az






