Qardaşı tərəfindən təcavüzə uğrayan qızın ölüm səbəbi BƏLLİ OLDU – FOTO/YENİLƏNİBbackend

Qardaşı tərəfindən təcavüzə uğrayan qızın ölüm səbəbi BƏLLİ OLDU – FOTO/YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Buryatiyada qardaşının illərlə təcavüzünə məruz qalan qızın intihar etdiyi məlum olub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Buryatiyada baş verən dəhşətli cinayət hadisəsinin təfərrüatları məlum olub.

Çoxuşaqlı ailədə böyüyən qız 13 yaşından etibarən doğma qardaşı tərəfindən cinsi zorakılığa məruz qalıb. Valideynlərin baş verənlərə göz yumduğu bildirilir.

Zərərçəkmiş yalnız yetkinlik yaşına çatdıqdan sonra polisə müraciət edə bilib.

Məhkəmənin qərarı ilə təcavüzkar 16 il müddətinə azadlıqdan məhrum edilib.

2025-ci ildə gənc qız qəfildən itkin düşsə də, valideynləri onun axtarmayıblar.

Aradan bir il keçdikdən sonra onun asılmış meyiti və yanında yazdığı məktub tərk edilmiş binada təsadüfən tapılıb.

***

 03:10

Buryatiyada itkin düşən tələbə qızın meyiti bir ildən sonra tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

19 yaşlı Yelena dərsə getdikdən sonra bir daha geri qayıtmayıb.

Bu müddət ərzində onun qalıqları doğma kəndindəki tərk edilmiş binada qalaraq mümiyalaşıb. Qalıqların yanında vida məktubu da tapılıb.

Məlum olub ki, böyük qardaşı qızı 13 yaşından etibarən zorlayıb, yaxınları isə bu işgəncələrdən xəbərdar olsalar da, heç bir tədbir görməyiblər.

Zərərçəkən baş verənlər haqqında yalnız 18 yaşında danışa bilib və nəticədə cinayətkar 16 il müddətinə azadlıqdan məhrum edilib.

Axtarış haqqında ərizəni qohumları verib və dəfn mərasimini də onlar təşkil ediblər.

Valideynləri yeganə qızları ilə vida mərasimində iştirak etməyiblər.

Xuraman Etibarlı

İnterpress.az