Tokio festivalında QEYRİ-ADİ AKSİYA: Tər qoxuyan ziyarətçilərə dezodorant ÇİLƏNİR – FOTO/VİDEObackend

Tokio festivalında QEYRİ-ADİ AKSİYA: Tər qoxuyan ziyarətçilərə dezodorant ÇİLƏNİR – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada pıs qoxulu anime azarkeşlərinə qarşı xüsusi dəstələr yaradılıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Anime festivallarında pis qoxu problemi o qədər kəskinləşib ki, Tokiodakı “Comic Market” tədbirində dezodorantlı qızlar növbətçiliyə başlayıblar.

Onlar tərləmiş ziyarətçilərə dezodorant çiləyirlər.

Girişdə xüsusi “Dezodorasiya qapıları” da quraşdırılıb. Burada ziyarətçilər təravətləndirilir və artıq pis qoxulamadıqları üçün onlara suvenir verilir.

Anime azarkeşlərinin dezodorantla emala daha rahat razı olmaları üçün “anti-qoxu” dəstəsinə xüsusi olaraq qızlar cəlb edilib.

Xuraman Etibarlı

İnterpress.az