Kabardin-Balkarda “şəriət patrulu” təşkil edən ekstremistlər saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Kabardin-Balkar Respublikasının şəhərlərindən birində “şəriət patrulu” təşkil edən ekstremist qrup saxlanılıb.
Onlar dini-ekstremist baxışlarına uyğun gəlmədiyini düşündükləri insanlara hücum ediblər.
Qanunsuz əməllər nəticəsində ümumilikdə 16 nəfər zərər çəkib.
Təqsirləndirilən şəxslərə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb.
Məhkəmənin qərarı ilə təqsirləndirilənlər təqsirli bilinib, cinayətkar qrupun təşkilatçısı isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Xuraman Etibarlı
İnterpress.az






