ABŞ-də çeçenlər mərakeşliləri vəhşicəsinə döyüb və diz çökərək üzr istəməyə məcbur ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
ABŞ-də milli zəmində münaqişə baş verib. Amerikaya qaçan afrikalılar küçədə çeçen qadını görərək ona cinsi əlaqə təklif edib və hər vəchlə təhqir etməyə başlayıblar.
Məlumat yerli çeçen diasporuna çatdıqdan sonra idmançı Səid-Məhəmməd Əbdülgaziyev səhər tezdən Seutadan olan şəxslərin yaşadığı yerə gedərək onları qəddarlıqla döyüb.
Qeyd olunur ki, mərakeşlilər kin saxlayaraq hazırda diaspordan qisas alacaqlarını vəd edirlər.

Xuraman Etibarlı
İnterpress.az






