\”Report\”un \”The Sun\”a istinadən verdiyi məlumata görə, ötən mövsüm İngiltərə Premyer Liqasının qalibi olan komanda italiyalı Kaudio Ranyerinin istefasından sonra baş məşqçi vəzifəsini müvəqqəti yerinə yetirən Kreyq Şekspirə tapşırılıb.
2011-ci ildən \”Lester\”də köməkçi-məşqçi vəzifəsində çalışan 54 yaşlı ingiltərəli mütəxəssislə mövsümün sonuna qədər müqavilə bağlanılıb.
\”Tülkülər\” onun rəhbərliyi altında çıxdıqları 2 matçdan qalib ayrılıblar. Son çempion evdə \”Liverpul\” və \”Hall Siti\”ni 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Klaudio Ranyeri fevralın 24-də, \”Lester\”in Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda İspaniyanın \”Sevilya\” komandasına 1:2 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib. \”Lester\” hazırda İngiltərə Premyer Liqasında 27 xalla 15-ci pillədə qərarlaşıb.
İnterpress.az