İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə qitənin ən nüfuzlu klub turnirində çıxışını davam etdirən 8 komanda 4 cütlüyə bölünüb.
Bu mərhələdə 5 ölkə, yalnız “Böyük beşlik” təmsilçisi çıxış edir. Belə ki, 1/4 finalda İspaniya 3, Almaniya 2, Fransa, İtaliya və İngiltərə hərəyə 1 komanda ilə təmsil olunacaq.
Kor püşk nəhəngləri üz-üzə qoyub. Belə ki, “Bavariya” ilə “Real”, “Yuventus”la “Barselona” bir-birinə rəqib olub.
Çempionlar Liqası 1/4 final
“Atletiko” (İspaniya) – “Lester” (İngiltərə)
“Borussiya” (D, Almaniya) – “Monako” (Fransa)
“Bavariya” (Almaniya) – “Real” (İspaniya)
“Yuventus” (İtaliya) – “Barselona” (İspaniya)
1/4 finalın ilk oyunları aprelin 11/12-də, cavab matçları 18/19-da keçiriləcək.
İnterpress.az