İnterpress.az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra Paris klubunun baş məşqçisi Unay Emeri bunları deyib:
\”Monaco\”nu gözdən qoymaq olmaz. Bu baxımdan vacib qələbə qazandıq. Biz 3 cəbhədə mübarizəni davam etdiririk. Çempionat, Fransa Liqa Kuboku və ölkə kuboku. Qış fasiləsindən sonra keçirdiyimiz 19 oyunu götürsək, 16 dəfə qalib gəlib 2 dəfə heç-heçə oynamışıq. Yeganə məğlubiyyətimiz \”Barcelona\” ilə oyunda olub. Bu yenilgini bizə bütün mövsüm ərzində xatırladacaqlar. Amma sübut etdik ki, həmin məğlubiyyət sadəcə bədbəxt hadisə idi. PSG-nin durumu yerindədir\”.
İnterpress.az