İnterpress.az AFFA-ya istinadən xəbər verir ki, Berti Foqts DÇ-2018-in seçmə mərhələsində martın 26-da keçiriləcək Azərbaycan – Almaniya oyununu yayımlayacaq Almaniya televiziyasında ekspert olacaq.
Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Berti Foqtsla görüşüb.
Qeyd edək ki, 70 yaşlı mütəxəssis 2008-2014-cü illərdə millimizi çalışdırıb.
İnterpress.az