İnterpress.az xəbər verir ki, kütləvi aksiyalar Belqarad, Novi-Sade və daha 12 şəhərdə keçib. Baş nazir Aleksandr Vuçiçin prezident seçkilərində qələbəsi ilə razılaşmayan 15 min serb Belqrad küçələrinə çıxıb. Etirazçılar Vuçiçi diktatura yaratmaqda, səsləri oğurlamaqda ittiham ediblər.
Belqraddakı aksiyanı bütün ölkə ərazisində dəstəkləyiblər. Minlərlə adam Novi-Sad, Niş, Kraquyevats şəhərlərində etiraz edib.
Baş nazir mitinqçilərin etiraz haqqının olduğunu, lakin zorakılıqdan uzaq durmağı təklif edib. (avropa.info )
İnterpress.az