“ABŞ-ın əsas hədəfi Rusiya yox, İrandır”backend

“ABŞ-ın əsas hədəfi Rusiya yox, İrandır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ tərəfi \”Bəşər Əsəd dinc əhaliyə kimyəvi silahdan istifadə edir\” iddiası ilə Suriyanı bombaladı. Bundan sonra Rusiya ABŞ-a qarşı sərt bəyanatlar səsləndirdi və bildirdi ki, bu, cavabsız qalmayacaq.

ABŞ və Rusiya hazırda Aralıq dənizinə hərbi donanmalarını yerləşdirməkdədirlər.

İnterpress.az xəbər verir ki, Suriya ətrafında baş verən proseslər və siyasi oyunlar barədə politoloq Qabil Hüseynli fikirlərini Ölkə.Az-la bölüşüb:

\”ABŞ \”Rusiya və ABŞ arasında hərbi münaqişə ola bilməz\” açıqlaması ilə Rusiyanın sayıqlığını zəiflətməyə çalışır və İŞİD-ə qarşı mübariz adı altında Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırmaq istəyir. İstənilən adam bu gün yaxşı başa düşür ki, Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırmadan Suriyada əmin-amanlığı, vətəndaş müharibəsini dayandırmaq mümkün olmayacaq. Bunu NATO da, ABŞ da tələb edir. Rusiyanın çılğın hərəkətlərinə rəvac verməmək üçün çox ehtiyatlı və dipolmatik siyasət yürütməyə çalışırlar. Hər iki tərəf öncə İŞİD-i məhv etməlidir. İŞİD-in böyük hissəsi Suriya ərazisində yerləşib və paytaxtı da Rakka şəhəridir. Suriyanın böyük bir hissəsi də Azad Suriya Ordusunun təsiri altındadır. Bu səbəbdən Bəşər Əsədin hakimiyyətinin devrilməsinə ciddi maneə qalmır. Bundan sonra şərtləri diqtə edən tərəf ABŞ, NATO olacaq.

ABŞ-ın əsas hədəfi Rusiya yox, İrandır. ABŞ İranı Suriya və İraq ərazisindən çıxarmağı qarşısına əsas məqsəd qoyub. Bu gün ABŞ-ın gündəmində İran və Şimali Koreya məsələsi Rusiya məsələsindən xeyli qabaqda gəlir.

ABŞ öz hərbi donanmasını Aralıq dənizinə yığır. Rusiya da Aralıq dənizindəki dəniz qoşunlarının sayını artırır. Bu isə onu deməyə əsas verir ki, Suriyada proseslər yeni mərhələyə qədəm qoyur. Yalnız Bəşər Əsədin devrilməsi ilə Suriyada vətəndaş müharibəsinə son qoymaq olar\”.

İnterpress.az