Bu sözləri NATO-nun rəsmi nümayəndəsi “Trend” agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, Azərbaycan və Alyans bir neçə istiqamətdə, o cümlədən, ötən həftə 2019-cu ilə qədər təsdiqlənmiş “Sülh naminə əməkdaşlıq” proqramı çərçivəsində əməkdaşlığı daha da gücləndirəcək:
“Əməkdaşlığın əsas istiqamətləri təhlükəsizlik, müdafiə, fövqaladə mülki planlaşdırma, elmi əməkdaşlıq və ictimai diplomatiya sahələridir. Azərbaycan NATO-nun Əfqanıstandakı sülhməramlıları missiyasında etibarlı tərəfdaşdır. ”
NATO rəsmisinin sözlərinə görə, Azərbaycan müdafiə, hərbi xərclər, maddi-texniki təminatla bağlı NATO ölkələri ilə məsləhətləşmələri davam etdirir.
Xəbər verilir ki, Azərbaycanın minalardan təmizlənmə üzrə milli agentliyi NATO-nun dəstəyi ilə 2017-ci ildə də “Ceyrançöl” layihəsi çərçivəsində ərazilərin partlamamış mina və silah-sursatdan təmizlənməsi işlərini davam etdirəcək.
İnterpress.az