Venesuelada hakimiyyət əleyhinə etirazlarbackend

Venesuelada hakimiyyət əleyhinə etirazlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az dünya mətbuatına istinadən xəbər verir ki, ötən gecə Barquisimeto bölgəsində baş verən iğtişaşlar nəticəsində 14 yaşlı bir uşaq və 36 yaşlı bir kişi silahdan açılan atəş nəticəsində öldürülüb.

Etiraz aksiyalarında 100 nəfərin həbs edildiyi bildirilir.

31 mart tarixində Venesuela Ali Məhkəməsi Konqresin bütün səlahiyyətlərini öz üzərinə keçirdib. Buna etiraz edən ölkə müxalifəti hakimiyyətin diktatorluq rejiminə keçdiyini bəyan edib. Bu qərara etiraz edən xalq küçələrə axışıb. Bundan sonra Venesuela Ali Məhkəməsi verdiyi qərarı geri götürsə də, xalq erkən seçim tələb edir.

İnterpress.az