Hadisə axşam saatlarında Qarazəncir- Qarakazımlı-Bayxanlı avtomobil yolunun rayonun Qarakazımlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan “VAZ-2106” markalı avtomobillə “VAZ-2107” markalı maşın toqquşub. Nəticədə 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Xəsarət alanlar rayonun Ocaqlı kənd sakinləri – 53 yaşlı Bəhmən Bəhmən oğlu Abıyev və onun həyat yoldaşı, 50 yaşlı Gülnar Məmi qızı Abıyevadır.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. ( report.az )
İnterpress.az