“İstəsələr, biz də prosesə qoşulacağıq”backend

“İstəsələr, biz də prosesə qoşulacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın \”Bakı Suriya siyasətində ABŞ-a dəstək verməlidir” açıqlaması bu baxımdan diqqət çəkib. Səfir açıq şəkildə bildirib ki, Azərbaycan Suriyada dinc təşəbbüslərə dəstək verməlidir: \”Bizim gözləntimiz bundan ibarətdir. Biz istəyirik ki, Suriyada Bəşər Əsədin həyata keçirdiyi mənfur siyasətin qarşısının alınmasında Azərbaycan da köməklik etsin”.

Bir neçə gün əvvəl isə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan rəhbərliyi ilə görüşlərində də Suriya məsələsi əsas müzakirə mövzusu olub.

Hazırda Bakının hansı mövqedən çıxış etməsi və iki ölkədən hansının yanında olması əsas müzakirəyə çevrilib.

İnterpress.az xəbər verir ki, məsələ bağlı BakiPost.az-a açıqlama verən Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib ki, Azərbaycan yalnız beynəlxalq hüququn və Suriya xalqının yanındadır: \”Azərbaycan müharibənin dayandırılmasının, siyasi yollarla həll edilməsinin, Suriya xalqına seçimin verilməsinin tərəfdarıdır. Biz məsələnin hərb yolu həll edilməsinin, problemin daha da dərinləşdirilməsinin və Suriya məsələsinin günü-gündən ağırlaşmasının əleyhinəyik.

Hesab edirəm ki, Azərbaycan öz mövqeyini kifayət qədər aydın bildirib. Bizim mövqeyimizlə digər dövlətlərin mövqeləri üst-üstə düşən nöqtələrdə əməkdaşlıq etməyə hazırıq.

Biz beynəlxalq məsələlərdə heç vaxt susmuruq. Azərbaycanın bütün məsələlərdə konkret mövqeyi var. Biz dəfələrlə mövqeyimizi bildirmişik. Biz Suriya məsələsində müharibənin dayandırılmasının, vətəndaş müharibəsinin qarşısının alınmasının, problemin siyasi yolla həll edilməsinin tərəfdarıyıq. Bizim bu mövqeyimiz də bütün dünyaya məlumdur”.

Vəziyyətin pik həddə çatdığı zaman Azərbaycanın hansı mövqe nümayiş etdirəcəyinə gəlincə, deputat qeyd edib ki, rəsmi Bakı o zaman da beynəlxalq hüquq çərçivəsində hərəkət edəcək: \”Hər halda bu məsələ ilk növbədə Suriyanın daxili məsələsidir. Ümid etmək istərdik ki, Suriya cəmiyyəti problemi öz gücü ilə həll edə biləcək. Yox əgər Suriya məsələsinin həllində Suriya tərəfdən Azərbaycanın hansısa bir formada iştirakı istəniləcəksə, o zaman Azərbaycan beynəlxalq hüquq çərçivəsində hərəkət etməyə hazırdır”.

İnterpress.az