“Dövlət əmlakını oğurlayanlar ciddi şəkildə cəzalandırılmalıdır”backend

“Dövlət əmlakını oğurlayanlar ciddi şəkildə cəzalandırılmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Deputat Qüdrət Həsənquliyev Milli Məclisdəki çıxışında belə dedi. Hesablama Palatasının təqdim etdiyi sənədə tənqidi yanaşan deputat 33 nəfərin işdən azad edilməsi, yaxud 51 nəfərə şiddətli töhmət elan edilməsini yetərli saymadı: “Tətbiq olunan cəzalar bundan ibarətdir. Hətta bilinmir ki, bu 33 nəfər işdən xüsusi qərarla çıxarılıb, ya yox. Vəzifəli şəxslər də fikirləşir ki, maliyyə pozuntusu aşkarlansa, ya töhmət veriləcək, ya işdən aşağı vəzifəyə keçiriləcək. Ona görə də çəkinmədən bu qanunsuzluqlara gedir”.

Q.Həsənquliyev təklif etdi ki, Milli Məclisdə büdcəyə və büdcəyə nəzarət komitəsi yaradılsın: “Bu təcrübə bütün ölkələrdə var. Ancaq bizdə deputatlar nə büdcənin hazırlanmasında, nə də ona nəzarət prosesində iştirak etmirlər. Dünyada belə təcrübə də var ki, bu komitəyə parlament üzvü rəhbərlik edir. Dövlət əmlakını oğurlayanlar ciddi şəkildə cəzalandırılmalıdır, Vüqar müəllim! Siz isə ancaq qarşıya məqsəd qoymusunuz ki, oğurlanan vəsaitlər büdcəyə geri qaytarılsın”.

Deputat Zahid Oruc da büdcəni talan edənlərə daha sərt cəza verilməsini zəruri saydı: “Təsəvvür edin, on minlərlə vətəndaş kredit borclarına görə məhkəmələrə verilir. Amma burada söhbət milyonlarla manat vəsaitdən söhbət getdiyi halda, həmin şəxslərə sadəcə xəbərdarlıq gəlir ki, bir də belə şey eləməyin”.

İnterpress.az