ABŞ-da nüvə bombasını yeni sınaq mərhələsi başlayıbbackend

ABŞ-da nüvə bombasını yeni sınaq mərhələsi başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, sınaq nüvə başlıqsız keçirilib.

İnformasiyaya əsasən, Nüvə təhlükəsizliyi üzrə mili idarə və ABŞ-ın Hərbi Hava Qüvvələri birlikdə “B61” nüvə bombasının sınaqdan çıxarmağa başlayıblar.

Məlumata görə, ilk sınaq bu il martın 14-də Nevada ştatının “Tonopa” poliqonunda keçirilib. Bombalar “F-16” qırıcı təyyarələrindən atılıb.

Xəbərdə bildirilib ki, “B61” nüvə bombası 1968-ci ildən ABŞ-ın Hərbi Hava Qüvvələrinin silah arsenalına daxil edilib. Hazırda onları modifikasiya edilən “B61-12” bombaları ilə əvəzləməyi planlaşdırırlar.

İnterpress.az