İnterpress.az-ın xəbərinə görə, bu barədə “Guardian” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına əsasən, hadisə baş verən məkandan təxminən 600 nəfər təxliyyə olunub. Onlardan 200 nəfər təcili tibbi yardım gələnə qədər binanı tərk edə biliblər, digər şəxslər isə təxliyyə edilib.
Hadisə yerinə yanğınsöndürən maşınlar, təcili tibbi yardım maşınları və polis əməkdaşları gəlib. Təhlükəli zonaya bitişik yollar bağlanıb.
Bildirilib ki, azı doqquz nəfər xəstəxanaya çatdırılıb, iki nəfər tibbi yardım almaq üçün özləri müraciət ediblər. “Yanıq xəsarətləri zərərçəkmişlərin həyatı üçün təhlükə kəsb etmir”, – deyə polis nümayəndəsi məlumat verib.
Hüquq-mühafizə orqanları hadisəni araşdırır. Saxlanılanların olduğu barədə məlumat verilməyib.
İnterpress.az