Daily Telegraph qəzetinə verdiyi müsahibədə psixoloji dəstək aldığını söyləyən şahzadə \”hazırda yaxşıyam\” deyib.
32 yaşlı şahzadənin öz sözləriylə desək \”qəzəbi çıxarmağın yaxşı yolu olan\” boks idmanı \”onun həyatını qurtarıb\”.
Daily Telegraph-ın yazdığına görə, şahzadə Harry keçmişlə bağlı danışmağının səbəbini psixi pozuntuları olmasıyla damğalanmaqdan xilas olmaq istəyi ilə əlaqələndirib.
Şahzadə Harry qardaşı, şahzadə William və xanımı Katherine Middleton-la birgə uğurlu bir ruhi sağlamlıq kampaniyası həyata keçirir.
Şahzadə Harry müsahibə götürən Bryony Gordon-a bunları danışıb:
\”Rahatlıqla deyə bilərəm ki, anamı 12 yaşımda itirməm və bütün hisslərimi ötən 20 il ərzində bağlamam sadəcə insan kimi deyil, həm də iş həyatıma da ciddi şəkildə öz təsirini göstərib. Hər şey dörd bir tərəfdən üzərimə gələrkən, özümü tamamilə itirməyə çox yaxın oldum\”.
Şahzadə Diana 1997-ci ildə Parisdə avtomobil qəzasında həlak olub.
İnterpress.az