İnterpress.az xəbər verir ki, bu sözləri ANV-yə danışan Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə söyləyib.
Onun sözlərinə görə, bəzi məmurlar köhnə fikirlərdən xilas ola bilmirlər:
“Bəzi məmurların davranışı bizə Sovet İttifaqından miras qalıb. Çox təəssüf ki, bu qəbildən olan məmurlar hələ də anlamırlar ki, məmur dövlət qulluqçusu deməkdir. Dövlətə qulluq etmək, vətəndaşın etimadını qazanmaqla, o daha ciddi zirvələrə çata bilər. Amma buna baxmayaraq, sovet psixologiyalı məmurlar vəzifəyə vətəndaşa xidmət kimi yox, xüsusi üstünlük kimi baxırlar. Hesab edirəm ki, bu səhv və olduqca qüsurlu yanaşmadır. Zaman gələcək onlar özləri də səhv yolda olduqlarını dərk edəcəklər”.
İnterpress.az