İnterpress.az xəbər verir ki, Sovetlər İttifaqının keçmiş lideri Mixail Qorbaçov Rusiya və Qərb arasındakı gərginliyin dünyanı yeni müharibəyə sürüklədiyini deyib. “Artıq Soyuq Müharibənin bütün əlamətlərini görürük” deyən Qorbaçov Rusiya-Avropa məsələlərinə toxunub. O, ağır texnikanın Rusiya-Avropa sərhəddinə yığılmasına işarə edərək qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin Polşa sərhədinə 3000 əsgər göndərməsi Moskvanın təhlükəsizliyini təhdid edir. “Qərb ilə Rusiya arasında vəziyyət gərginləşib. Sərhəddə saxlanılan sursatlar və əsgərlərə görə, Rusiya və Qərb burun buruna gəlir. Soyuq müharibə Dünyaya yaxınlaşır”.
Avropalı liderlərin Rusiyanı qıcıqlandırdığını vurğulayan keçmiş lider “Biz demokratiya uğrunda nələrdən imtina etmək lazım olduğunu yaxşı bilən millətik. Qərb ölkələri də bunu yaxşı dərk edib, lazımi hörməti göstərməlidir. Avropalı liderlər Rusiyanı daim qıcıqlandırır. Heç biri bu provakasiyadan yanlış bir şey güdməsin”.
İnterpress.az