ABŞ Şimali Koreya məsələsində müttəfiq olduğu ölkələri açıqladıbackend

ABŞ Şimali Koreya məsələsində müttəfiq olduğu ölkələri açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Mayk Pens Şimali Koreya ilə bağlı bütün variantları müzakirə etdiklərini, Donald Trampın sülhsevər həll tapmaq üçün Yaponiya, Çin və Cənubi Koreya ilə işləməkdə qərarlı olduğunu qeyd edib.

Pens Yaponiyanın baş naziri Şinzo Abe ilə günorta yeməyindən əvvəl Tokioda “Yapon xalqının gərginliyi yüksək olan Yapon Dənizində yaşamağa məcbur olmasını yüksək qiymətləndiririk 100 faiz sizinlə ittifaqıq” – deyib.

Abe isə Trampın mövqeyini dəstəkləyərək Şimali Koreyaya qarşı strateji səbrin tükəndiyini və bütün variantların masa üzərində olduğunu bildirib.

İnterpress.az