Bu gün Əfqanıstanda hərbçilərin ölümü ilə əlaqədar milli matəm elan olunub.
İnterpress.az BBC-yə istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncamı ölkə prezidenti Əşrəf Qəni Məzari-Şərifə səfəri zamanı verib.
Aprelin 22-də \”Taliban\”ın Məzari-Şərif şəhəri ətrafında yerləşən hərbi bazaya hücumu nəticəsində ən azı 140 hərbçi həyatını itirib.
İnterpress.az