İnterpress.az xəbər verir ki, bu barədə müğənni \”Facebook\”dakı rəsmi səhifəsinə yerləşdirdiyi videomüraciətində məlumat verib.
\”Sizcə, mən hardayam? Mən Konotopdayam (Ukraynada şəhər), səhər saat 4-də məni qatardan aşağı endirdilər, mən xəstələnmiş övladımı ziyarət edə bilmirəm, çünki mənim Ukraynaya girişimə qadağa qoyulub. Bax belə, dərhal başqa qatara keçirirlər\”, – deyə o bildirib.
Milyavskaya əlavə edib ki, qadağa o, 2015-ci ildə Krıma getdiyi üçün tətbiq edilib.
İnterpress.az