Kələmə gündəlik menyumuzda daha çox yer ayırmağımıza səbəb xüsusən orqanizmə qatdığı sonsuz faydalardır. Xaççiçəklilər fəsiləsinə məxsus olan kələmin sağlamlıq üçün ən əhəmiyyətli faydalarından biri onun güclü antioksidant qaynağı olmasındadır. Bildiyimiz kimi antioksidan xərçəng, ürək və bu qəbildən olan xəstəliklərin qarşısının alınmasında əhəmiyyətli rol oynayır.
Eyni zamanda sağlamlıq üçün çox zərərli olan sərbəst radikalların orqanizmdən təmizlənməsini təmin edir.
Gözlərə faydası
Zəngin beta-karoten qaynağı olan kələm yaş ötdükcə yaranan sarı nöqtə xəstəliyinin və gözdə kataraktın meydana gəlməsini ertələyən məhsul hesab edilir.
Artıq çəki ilə mübarizə
Artıq çəkidən əziyyət çəkib, pəhrizlərə müraciət etdiyimiz yaz aylarında kələm aşağı kalorili olması və tərkibindəki bol lif miqdarı gündəlik qida rasionuna əlavə edilməsi zəruri olan tərəvəzlərdən biridir. Kələmin hər bir növündə sellüloz var ki, bu da mədə həzmini yaxşılaşdıraraq orqanizmi şlaklardan təmizləyir və daha tez çəki atmanıza kömək edir.
Dəri sağlamlığı və erkən yaşlanma
Kələm C vitamini, antosiyanin, kükürd və digər fərqli antioksidant kimi bir çox minerallarla zəngindir. Dəri qırışıqlıqlarının, rəng dəyişikliklərinin, ləkələrin və digər erkən yaşlanma əlamətlərinin yaranmasının qarşısını almaqla yanaşı, parlaq və məftunedici görünüş üçün kələm və bu qəbildən olan tərəvəzlərin daha çox istifadə edilməsi məsləhət olunur.
Kələm ilə detoks
Kələm revmatizm, artrit, böyrək daşı, dəri xəstəlikləri kimi problemlərə səbəb ola bilən zəhərli maddələrin təmizlənməsində faydalıdır. Tərkibində zəngin C vitamini və kükürd olduğu üçün orqanizm üçün detoks rolunu oynayır.
İnterpress.az