Bakı-2017: Rəsmi uniformalar -VİDEObackend

Bakı-2017: Rəsmi uniformalar -VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, texniki işçilər, işçi heyəti, podratçılar üçün vahid geyim formaları fərqli görünüş və dizayna malikdir. Bakı-2017 könüllüləri və işçi heyəti üçün hazırlanmış geyim formaları isə eyni dizayn və görünüşdədir.

Uniformaların üzərində Bakı-2017 Oyunlarının loqosu, Azərbaycan xalçalarının naxış elementləri və İslam xalça ikonoqrafiyası, eləcə də petroqliflər əks etdirilib. İslamı təcəssüm etdirən yaşıl rəng 4-cü İslam Həmrəyliyi Oyunlarının da rəngi olaraq, əsas işçi heyətinin və könüllülərin formalarında özünəməxsus ahəngdarlığı ilə seçilir.

Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının vahid geyim formasına köynək, papaq, kiçik bel çantası və şalvar daxildir.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları 8-22 may tarixində Bakıda 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla 20 idman növü üzrə keçiriləcək.

İnterpress.az