Mətbuat konfransı – Canlı Yayımbackend

Mətbuat konfransı – Canlı Yayım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Mogerini Rusiya xarici siyasət idarəsinin rəhbərinin dəvəti ilə Moskvaya işgüzar səfərə gəlib. Görüş zamanı ikitərəfli münasibətlərin aktual məsələləri, beynəlxalq vəziyyət müzakirə mövzusu olub.

Mogerini bildirib ki, ATƏT-in monitorinq missiyasına aid avtomobilin Ukraynanın separatçıların nəzarəti altında olan Luqansk vilayətində minaya düşüməsi Minsk razılaşmalırının tezliklə həyata keçirilməsini zəruri edir.

Aİ-nin rəsmi nümayəndəsi bildirib ki, rəsmi Moskva ilə əməkdaşlıq etməklə bir çox problemlərin həllinə nail olmaq olar: “Bunun üçün vaxt lazımdır. Amma Avropa İttifaqı ilə Rusiya arasında münasibətlər dondurulmayıb. Səfərimdə bunun bariz nümunəsidir. Münasibətlərin dondurulması barədə danışmaq bir az fərqli görünür. Eyni zamanda qurumla Rusiya arasında münasibətlərin bərapası üçün bütün sahələri nəzərdən keçirmək lazımdır. Burada regional və beynəlxq vəziyyəti nəzərə almaq mütləqdir. Münasibətlər stareji əməkdaşlıq səviyyəsində olsaydı sanksiyalar qüvvədə qalmazdı. Gəlin bir-birimizi aldatmayaq. Avropa İttifaqına daxil olan ölkələr hesab edir ki, sanksiyaların məqsədi Ukraynanın şərqində baş verən münaqişənin nizamlanmasına yönəlib”.

S. Lavrov da ATƏT-in monitorinq missiyasına aid avtomobilin Ukraynanın separatçıların nəzarəti altında olan Luqansk vilayətində minaya düşüməsinə münasibət bildirib: “ Baş verən insident ətraflı araşdırlımalı və günahkar şəxslər cəzalandırılmalıdır. Bizim vahid fikirmiz mövcuddur. Burada bütün faktlar toplanmalı və faciə siyasi alver üçün səbəb olmamlıdır”. (azvision.az)

İnterpress.az