Dadlı və ətirli tərxun həmçinin güclü müalicəvi və profilaktik xüsusiyyətlərə malikdir.
Tərxun orqanizmdə virus və mikrobları öldürür, iltihabları azaldır, immuniteti möhkəmləndirir. Sinir sisteminə çox müsbət təsir edir — sakitləşdirir, yuxunu tənzimləyir. Həzm proseslərini yaxşılaşdırır, köpü və meteorizmi azaldır. Güclü qurdqovucu xüsusiyyətlərə malikdir. Damarların divarlarını möhkəmləndirir. Kişilər üçün olduqca faydalıdır — potensiyanı artırır, cinsi zəiflik zamanı kömək edir.
İnterpress.az