YSK rəhbəri Sədi Güvən seçicilərin 51,41 faizinin prezident idarəetmə sisteminə keçidi dəstəklədiyini bəyan edib.
“Referendumda seçici fəallığı 87,45 faiz olub. Seçicilərin 51,41 faizi “lehinə”, 48,59 faizi isə “əleyhinə” səs verib”, – deyə Güvən Ankarada jurnalistlərə bildirib.
Referendumun nəticələrinə görə, konstitusiyanın 18 maddəsinə dəyişiklik olunacaq. Belə ki, Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələr aiddir.
İnterpress.az