İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, bu barədə Assambleya aparatındakı mənbə bildirib.
Yaxın günlərdə AŞPA Bürosunun bununla bağlı bəyanat yayacağı gözlənilir.
Assambleya aparatından qeyd olunub ki, AŞPA-da etimadsızlıq votumu proseduru yoxdur, istefa barədə qərarı isə AŞPA başçısının özü könüllü qəbul edə bilər. P.Aqramunt istefa verdiyini açıqlamayıbsa, o, Assambleyanın rəhbəri olaraq qalır.
Xatırladaq ki, aprelin 24-də Assambleyanın işini açıq elan edərkən P.Agramunt Suriyaya səfərinin səhv olduğunu bildirib. Aprelin 25-də Assambleyada parlament dinləmələr keçirilib və prezidentə səfəri ilə bağlı müəyyən suallar verilib. O, çıxışı zamanı aprelin 28-də statusu ilə bağlı bəyanatla çıxış edəcəyini açıqlayıb. Bundan sonra o, AŞPA-nı tərk edib və Assambleyanın iclaslarında görünməyib.
İnterpress.az