APA-nın qərb bürosunun xəbərinə görə, rayonun Qarayeri kənd sakini, 1984-cü il təvəllüdlü Ramiz Məmmədov iş başında olarkən telefon xətti dirəyindən yıxılıb.
Xəsarət alan R. Məmmədov Gəncə şəhər Təcili və təxirəsalınmaz yardım xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az