İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 6112 saylı qanuna edilən dəyişikliyə əsasən tanışlıq və evlənmə məqsədi ilə hazırlanan proqramlar bağlanıb.
Esra Erol, Seda Sayan və Zuhal Topalın aparıcısı olduğu izdivac verilişlərini milyonlarla insan izləsə də, zaman-zaman efirdə baş verən xoşagəlməz hadisələr cəmiyyətin kəskin etirazına səbəb olurdu. Bu səbəbdən həmin verilişlərin qapadılması təklif edilirdi.
Qeyd edək ki, bu gün Türkiyədə fövqəladə vəziyyət rejimində hökumət tərəfindən yeni qanunlar qəbul edilib.
İnterpress.az