V.Kliçko Londonun “Uembli” stadionunda keçirilən 12 raundluq döyüşün 11-ci raundunda britaniyalı Entoni Coşuaya texniki nokautla uduzub. Ukraynalı boksçu bu dəfə də 2006-cı ildə (IBF) və 2011-ci ildə (WBA) sahib olduğu iki mötəbər versiya üzrə çempion titullarını qaytarmağa nail olmayıb.
Hazırda 41 yaşlı V.Kliçkonun hesabında 64 qələbə (53-ü nakautla), 5 məğlubiyyət var. 27 yaşlı Entoni Coşua üçüncü dəfə İBF versiyasında dünya çempionu titulunu qoruya bilib. O, hələ də professional rinqdə məğlubiyyət acısı dadmayıb: 19 qələbə – hamısı da nokautla…
Kliçko-Coşua döyüşünü 90 minə yaxın tamaşaçı izləyib. Bu, stadionun kassa rekordudur.
Bildirilir ki, stadionda bundan əvvəlki rekord 2014-cü ildə, britaniyalı Karl Froçe ilə Corc Qrouvzun döyüşündə qeydə alınıb – 77 min tamaşaçı… (virtualaz.org)
İnterpress.azhttps://youtube.com/watch?v=kshabECrtSA