İnterpress.az-ın məlumatına görə, Avropa İttifaqı liderləri dünən Böyük Britaniya ilə Brexit üzrə danışıqların vahid strategiya əsasında və sərt aparılmasını dəstəkləyiblər.
Eyni zamanda britaniyalılara Avropa İttifaqı bazarına çıxışla bağlı yeni münasibətlərin tezliklə qurulacağına dair illüziyalara qapılmamaq tövsiyə edilib. T. Mey isə deyib ki, bütün bunlar Böyük Britaniya və Avropa İttifaqı arasında danışıqların sərt keçəcəyini göstərir. Eyni zamanda Böyük Britaniyanın baş naziri Brüsselin təklifləri xoşuna gəlməyəcəyi halda danışıqları razılaşma əldə olunmadan dayandıracağını da vurğulayıb.
Brexit üzrə danışıqların iyunun 8-dən tez başlayacağı gözlənilmir. İyunun 8-də Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək. Avropa Komissiyasının planına əsasən, Böyük Britaniya Brexit üzrə danışıqların başa çatmasından sonra 2019-cu ilin martında Avropa İttifaqını tərk etməlidir. (apa)
İnterpress.az