İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Le Pen Parisin şimalı, Villepintedə işçi sinfi qarşısında çıxış edib. Le Penin nitqinin müəyyən hissələrinin sözbəsöz Fiyonla eyni olduğu bildirilir. Le Penin plagiat etdiyini youtube kanalı “Ridicule TV” aşkar edib.
Fransa mediası Fiyonun 15 aprel tarixli çıxışı və Le Penin 1 may çıxışını qarşılaşdırıb və məlum olub ki, çıxçın mətni eynidir.
İnterpress.az