İnterpress.az “RİA-Novosti”-ə istinadən bildirir ki, ABŞ səfirliyi və NATO missiyası yaxınlığında baş verən hadisə nəticəsində 8 nəfər ölüb, 22 nəfər isə yaralanıb.
Terrorçu-kamikadze əcnəbi qüvvələrin konvoyu keçən zaman partlayıcı qurğunu işə salıb. Hüquq-mühafizə orqanların qənaətinə görə, terrorçunun hədəfi Alyans koalisiyasının nəqliyyatı olub.
İnterpress.az