Ərdoğan səfərdən əvvəl bəyanat verdibackend

Ərdoğan səfərdən əvvəl bəyanat verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankaradan Soçiyə səfərə yollanan Türkiyə prezidenti bu bəyanatla çıxış edib. Ərdoğan Soçidə Rusiya prezidenti Ərdoğanla görüşəcək.

Türkiyə prezidentinin fikrinə görə, sanksiyaların ləğvi iki dövlət arasında münasibətləri normallaşdırmaq baxımından çox əhəmiyyətlidir. Hava limanında çıxış edən Ərdoğan deyib: \”Əgər 100 milyard dollarlıq ticari dövriyyə istəyiriksə, bütün məhdudiyyətləri təcili olaraq ləğv etməliyik. Biz bunu istəyirik. Cənab Putinlə müxtəlif problemləri həll etmək və münasibətləri əvvəlki səviyyəyə qaytarmaq üçün səy göstəririk\”.

Ərdoğan iqtisadi münasibətlərin inkişafına mane olan ən böyük əngəlin Rusiyanın tətbiq etdiyi sanksiyalar olduğunu qeyd edib: \”Bu məhdudiyyətlər Rusiya ilə iqtisadi sahədə əməkdaşlığın inkişafına mane olan ən böyük əngəldir. Bizim nazirlər bu sanksiyaların ləğvini müzakirə ediblər. Mən də Rusiya prezidenti Putinlə məsələni müzakirə edəcəm\”.

İnterpress.az