İnterpress.az \”Vesti Ru\”ya istinadən xəbər verir ki, Mey ilk öncə, erkən seçki müddətini başlatmaq məqsədilə parlamentin buraxılması məsələsəini müzakirə etmək üçün Kraliça II Elizabetlə görüşüb. Baş nazir daha sonra \”10 Nömrə\”də çıxış edib.
Tereza Mey çıxışı zamanı Avropa İttifaqının İngiltərəyə qarşı düzgün mövqe nümayiş etdirmədiyini deyib:
\”Avropalı siyasətçilər və səlahiyyətli şəxslər İngiltərəyə qarşı təhdidlər irəli sürürlər. Bütün bunlar qəsdən edilir. Məqsəd bəllidir. İngiltərədə 8 iyunda keçirilməsi planlaşdırılan seçkilərə təsir göstərmək istəyirlər. İttifaq düzgün mövqe nümayiş etdirmir\”.
İnterpress.az