“Əsl sevgilini” tapanadək adamın neçə sevgilisi olmalıdır?backend

“Əsl sevgilini” tapanadək adamın neçə sevgilisi olmalıdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəy sorğusu əsasında keçirilmiş yeni araşdırmanın nəticələrinə görə ideal rəqəm 12-dir. Bu rəqəm çoxları üçün təəccüblü görünə bilər, lakin ən təəccüblüsü budur ki, statistik orta rəqəm olan 12 həm kişilərə, həm də qadınlara aiddir.

Evlilər üçün nikahdankənar tanışlıq təşkil edən Illicit Encounters (Günah tanışlıqlar) internet tanışlıq xidmətinin rəyinə görə 12 \”ecazkar\” göstəricidir, çünki bu, insanların \”seksual baxımdan macəraçı, liberal və çılğın\” olduqlarını göstərir.
Yeni araşdırmanın nəticələrinə görə 10-dan az seksual partnyoru olanlar \”həddən ziyadə mühafizəkar\” və \”seksual baxımdan təcrübəsiz\” kimi qiymətləndirilirlər.

Amma elə eyni tədqiqat 19-dan artıq seksual partnyoru olmuş insanları \”çox xudbin\”, \”acgöz\” və \”ayağı sürüşkən\” hesab edir.
Beləliklə həm kişilər, həm də qadınlar 12 rəqəminin ideal olması barədə razılığa gəlsələr də, bu rəqəmi bilməyin nə dərəcədə lazım olması barədə fərqli fikirdədirlər.

Bu da bəlli olub ki, partnyorunun seksual keçmişi barədə daha çox məlumat almağa adətən kişilər meylli olurlar.
Kişilərin 53 faizi seksual partnyorlarının onlardan əvvəl necə kişi ilə yatdığını bilmək istədiyini söyləyib.
Qadınların yalnız 45 faizini belə \”tarixçə\” maraqlandırır.

Illicit Encounters firmasının sözçüsü Christian Grant bunu onunla izah edib ki, kişilər \”yarış\” məsələsinə gəldikdə qadınlardan daha özünəinamlıdırlar.
Grantın fikrincə kişiləri ilk növbədə məhz özlərinin \”ən yaxşı\” partnyor olmasının qəbul edilməsi maraqlandırır.
\”Qadınlar isə daha bir təcrübəyə yiyələnməkdən məmnun qalmış olurlar\” – deyir sözçü. (bbc)

İnterpress.az