İnterpress.az xəbər verir ki, bir neçə gün əvvəl Çexiyanın baş naziri Bohuslav Sobotka istefa ərizəsini prezidentə təqdim edəcəyini açıqlamışdı. Bu gün isə Bohuslav istefa vermək fikrindən daşınıb.
Maraqlıdır ki, prezident Zeman həftənin cümə axşamı açıqlama verərək baş nazir Sobotkanın hələ təqdim etmədiyi istefa ərizəsini qəbul etdiyini bildirmişdi.
Sobotka haqqında çıxan rüşvətxorluq iddialarına görə istefa vermək qərarına gəlmişdi. Sobotka Çinə təşkil edilən rəsmi səfər səbəbindən istefasını iki həftəlik təxirə salındığını açıqlayıb. Baş nazir ölkədəki ən böyük rəqibi sayılan maliyyə naziri Andrey Babisi nazirlər kabinetindən çıxaracağını bildirib.
İnterpress.az