İnterpress.az xəbər verir ki, Ərkivan kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Gülgəz İsrafilovanın qonşusu Coşqun Qurbanov tərəfindən öldürüldüyü ehtimal olunur:
“Gülgəzin oğlanları Rusiyada yaşayır. Çoşqun Qurbanov düşünüb ki, Gülgəzin oğlanları ona pul göndərir. Yəni, evdə pul var. Qarət məqsədi ilə evə girib. Amma Gülgəz onu gördüyündən o, hadisəni ört-basdır etmək məqsədi ilə onu öldürüb.”
Masallıda Ərkivan qəsəbə sakini 74 yaşlı Gülgəz İsrafilova 3 bıçaq zərbəsi ilə qətlə yetirilib.
İnterpress.az