Hindistanın paytaxtı Dehlinin cənubunda – qaz sızmasıbackend

Hindistanın paytaxtı Dehlinin cənubunda – qaz sızması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bu barədə “Hindustan Times” yerli polisə istinadən məlumat yayıb. Qeyd olunub ki, qaz sızması nəticəsində 200 şagird xəstəxanaya yerləşdirilib.

Dehlinin Baş nazirin müavini Maniya Sisodiya bildirib ki, hadisə yerli vaxtla səhər saat 07:30-da məktəb yaxınlığında yerləşən konteyner deposunda baş verib. Onun sözlərinə görə, nəticədə bir neçə şagirdin ürəyi gedib, onlarda dəri qıcıqlanması və başgicəllənmə müşahidə olunub: “İndi onların həyatlarına heç bir təhlükə yoxdur. Uşaqlar özünü normal hiss edir”.

Qeyd olunub ki, qaz sızmasında həmçinin 9 müəllim də zəhərlənib. Dehlinin polis nümayəndəsi Romil Baniya bildirib ki, baş verən hadisə ilə bağlı hüquqi tədbirlər görüləcək.

Yerli KİV-in məlumatına görə, sızma Çindən idxal edilmiş qaz balonlarından baş verib. Sızan qazın hansı qaz olması barədə hələ məlumat verilməyib. Qaz sızmasının səbəbləri məlum deyil, araşdırma aparılır.

İnterpress.az